Playable Ads (Oynanıla bilən reklamlar) ilə reklam xərclərinizi azaldın. BGAI Tech sizin üçün interaktiv reklam həlləri təqdim edir və ROI-ni yüksəldir.
Playable Ads - Oynanıla Bilən Reklam Nədir?
Mobil cihazların istifadəsi artdıqca reklam strategiyaları da dəyişməyə məcbur oldu. Ənənəvi banner və video reklamların təsiri getdikcə azalır, çünki istifadəçilər artıq passiv reklam istehlakından yorulublar. Reklam bloklama texnologiyalarının geniş yayılması da şirkətləri daha yaradıcı yanaşmalar axtarmağa vadar edir.
Bu vəziyyətdə Playable Ads (oynanıla bilən reklamlar) ən effektiv həllərdən biri kimi önə çıxır. Son araşdırmalar göstərir ki, interaktiv reklam formatlarının konversiya göstəricisi klassik reklam növlərinə nisbətən üç dəfə yüksəkdir. Bəzi hallarda isə playable ads reklamları digər reklam formatlarından 700%-ə qədər daha yaxşı nəticə göstərə bilir.
Playable Ads Nədir?
Playable ads istifadəçilərə reklamı passiv izləmək əvəzinə, onunla oynamaq və interaktiv təcrübə yaşamaq imkanı verir. Bu reklam formatı əsasən mobil oyun və tətbiqlər üçün nəzərdə tutulsa da, məhsul və xidmətlərin təqdimatında da effektivdir.
- Mobil oyunlarda istifadəçi reklamın içində ilk səviyyəni oynaya bilər.
- E-commerce reklamında alıcı məhsul kombinlərini sınaqdan keçirə bilər (məsələn, geyim dəstləri və ya kosmetik rənglər).
Beləliklə, istifadəçi məhsulu “hiss edir”, bu da daha yüksək maraq və satışa yönəlmiş hərəkət yaradır.
Niyə Playable Ads İşləyir?
1. Oynanıla bilən reklamlar daha çox diqqət cəlb edir
Əksər insanlar banner və video reklamlarını ötürür. Lakin playable ads istifadəçini aktiv oyuna daxil edir və reklamı əyləncəli hala gətirir.
2. Oynanıla bilən reklamlar satışı artırır
İstifadəçi məhsul və ya oyunu sınadığı üçün satınalma qərarını daha asan verir. Bu isə daha az uninstall, daha çox uzunmüddətli müştəri deməkdir.
3. Oynanıla bilən reklamlar reklam yorğunluğunu azaldır
Ənənəvi reklamlar tez-tez təkrarlanır və istifadəçini bezdirir. Playable ads isə əksinə, əyləncəli bir fasilə kimi qəbul edilir.
Playable Ads-in Əsas Komponentləri
Oynanıla bilən reklamlarda 3 saniyə effekti
İlk saniyələrdə istifadəçiyə oyunun necə işlədiyini göstərən qısa təlimlər olur. Bu hissə reklamda “hook” rolunu oynayır.
Oynanıla bilən reklamlarla məhsulunuzu istifadəçiyə daddırın
Adətən 15–20 saniyəlik interaktiv təcrübə təqdim edilir. Məqsəd – istifadəçiyə məhsulu hiss etdirməyə və diqqəti saxlamağa kömək edir.
Oynanıla bilən reklamın sonluğu
İstifadəçini tətbiqi yükləməyə və ya məhsulu almağa çağıran güclü CTA ilə bitməlidir.
Playable Ads Necə olmalıdır?
- Aydın mövzu və tək CTA seçin
- Sadə və intuitiv dizayn edin
- Təcrübəni qısa saxlayın (15–60 saniyə)
- Ən güclü xüsusiyyətləri göstərin
- İstifadəçini mükafatlandırın
- Test və optimizasiya edin
Playable Ads Harada İstifadə Oluna bilər?
Playable reklamlar bir çox platformada istifadə oluna bilər:
- Facebook Feed və Stories
- Instagram Feed və Stories
- Meta Audience Network (Interstitial və Rewarded Video)
- Google UAC və digər mobil şəbəkələr
Reklam əvvəlcə video ilə başlayır, klikləndikdə tam ekran interaktiv mühit açılır və sonda Call To Action (CTA) ilə yükləmə və ya alış təklifi göstərilir.
BGAI Tech ilə Playable Ads Kampaniyaları
BGAI Tech müştərilərinə aşağıdakı imkanları təqdim edir:
- Yaradıcı və fərqli playable ads dizaynı
- Reklam performansını ölçən analitika
- Reklam xərclərini azaltmaq və ROI-ni artırmaq imkanı
Müştərilər BGAI Tech xidmətlərindən istifadə etməklə reklam büdcəsini daha səmərəli idarə edə və rəqiblərindən öndə ola bilərlər.
Playable ads artıq sadəcə bir trend deyil, rəqəmsal reklamın gələcəyidir. İstifadəçilərə interaktiv və əyləncəli təcrübə təqdim etməklə həm brend imicini gücləndirir, həm də satış göstəricilərini artırır.
BGAI Tech ilə playable ads kampaniyaları quraşdıraraq, reklam büdcənizi daha səmərəli istifadə edin.